Məktəbimizin fəxri məzunları təltif olundu

14 iyun 2025-ci il tarixində məktəbimizdə ənənəvi "Son zəng" tədbiri yüksək əhvali - ruhiyyə ilə keçirildi. Tədbir zamanı XI sinfi uğurla başa vurmuş məzunlarımızın illər ərzində qazandıqları nailiyyətlər qeyd olundu və onların əzmkarlığı, fəallığı dəyərləndirildi.

Məktəbimizin direktoru Sitarə Abbasova çıxış edərək məzunlarımızın təlimdə əldə etdikləri yüksək nəticələri, məktəbdənkənar və sinifdənxaric tədbirlərdə nümayiş etdirdikləri fəallığı, eləcə də məktəbdaxili nizam-intizam qaydalarına göstərdikləri nümunəvi münasibəti yüksək qiymətləndirdi. Bu münasibətlə bir sıra məzunlarımıza təşəkkürnamələr və fəxri fərmanlar təqdim olundu.

Bu təltiflər təkcə onların keçmişdəki nailiyyətlərinə deyil, eyni zamanda gələcək həyat yollarında da uğur qazanacaqlarına olan inamın təzahürüdür. Onlar məktəbimizin adını həmişə uca tutaraq, vətənə layiqli vətəndaşlar kimi formalaşmaqda ilk addımlarını atıblar.

Əziz məzunlar, bu gün siz həyatınızın yeni mərhələsinə qədəm qoyursunuz. Qarşınızda açılan yollar uzun və bəzən çətin olsa da, əminik ki, məktəbdə qazandığınız bilik, tərbiyə və həyat bacarıqları sizə həmişə yol göstərəcək. Sizin uğurlarınız bizim qürurumuzdur.

Sizə sağlam həyat, geniş dünyagörüşü, böyük uğurlar və daim zirvələrə doğru addımlamağı arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi