"Son zəng" – Uşaqlığın səsi, Gəncliyin addımı.

14 iyun 2025-ci il tarixində məktəbimizdə ənənəvi “Son zəng” tədbiri təntənəli şəkildə keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi, şəhid məzunlarımızın dəyərli valideynləri, qonaqlar və əlbəttə, bu il məzun olan şagirdlər iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbimizin direktoru Sitarə Abbaova çıxış edərək məzunlara gələcək həyat yollarında uğurlar arzuladı, onları vətənə, xalqa ləyaqətlə xidmət etməyə çağırdı. Xüsusilə vurğulandı ki, builki məzunlar arasında şəhid məzunlarımızın xatirəsini yaşadan ailələrin iştirakı tədbirə dərin mənəvi rəng qatdı.

Məzunlar isə öz növbəsində illərlə bir yerdə oxuduqları, gülüb, öyrəndikləri məktəblə vidalaşmağın kədərli, lakin eyni zamanda ümidverici anlarını yaşadılar. Onlar özlərinin hazırladığı musiqi və rəqs nömrələri ilə tədbirə rəng qatdılar. Gözlərində həm kədər, həm də yeni həyata atılmanın həyəcanı vardı. Mahnılar söyləndi, uşaqlıq xatirələri bir daha canlandı.

Sinif rəhbərləri isə məzunlarına ünvanladıqları ürək dolu sözlərlə auditoriyanı duyğulandırdılar. Onlar hər bir şagirdin məktəb həyatındakı unudulmaz anlarını xatırladaraq, gələcək yollarında dürüstlük, əzmkarlıq və məsuliyyət arzuladılar.

“Son zəng” yalnız bir zəngin səsi deyildi bu dəfə – bu, bir ömrün təməl daşlarını qoyan məktəb illərinin son akkordu, böyüməyin və məsuliyyətin astanası idi.

Əminik ki, bu gün məktəbdən məzun olan gənclərimiz sabahın cəmiyyətinə faydalı, Vətəninə sədaqətli, ailəsinə dayaq olan bir fərd kimi yetişəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi