"Nə? Harada? Nə zaman?" İntellektual oyununun I yay çempionatı keçirildi.

Respublika fənn olimpiadasının və müxtəlif müsabiqələrin qalibi olmuş xüsusi istedadlı məktəblilərlə "Nə? Harada? Nə zaman?" İntellektual oyununun I yay çempionatı keçirildi.
"Nə? Harada? Nə zaman?" intellektual oyunu "Olimpiadaçılara dəstək" kollektivinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, "Abdulla Rəhimov adına 247 nömrəli tam orta ümumtəhsil məktəbi" publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə baş tutdu
Gərgin keçən mübarizədə l yerin qalibi "Yarımada" komandası, ll yerin qalibi "İntiusiya" komandası, lll yerin qalibi "Neologic" komandası oldu. Qaliblər diplom və medallarla təltif olundular.
Xüsusi istedadlı şagirdləri bir yerə yığmaqda məqsəd onların arasında əməkdaşlığı möhkəmlətmək oldu.