Şagirdlərimiz Beynəlxalq Muğam Mərkəzinin səhnəsində

Müslüm Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş "Səhnə bizimdir" adlı yekun konsert proqramında istedadlı şagirdlərimizin çıxışları oldu.
Əli Kərimli qanun musiqi alətində, Əsgər Nəcəfli solo, Fatimə Kərimli, Ayla Ağazadə, Ahu Hacızadə xorda ifa etdilər.
Səsiniz səhnələrdən gəlsin və daim uğurlarınız paylaşaq, əziz şagirdlərimiz.