IX-XI siniflərdə peşəyönümü işinin təşkili

Şagirdlərin peşə seçiminə düzgün istiqamətləndirilməsi məqsədilə məktəbin psixoloqu Gülbəniz Hüseynova IX-XI siniflərdə peşəyönümü işinin təşkili ilə bağlı işlər aparmışdır. Bu məqsədlə yeniyetmələrin müəyyən peşə sahələrinə meyl və marağını təyin etmək məqsədilə "Optant anketi ", " Maraqlar anketi" və s. metodlardan istifadə edərək şagirdlərin hansı peşələri seçdiyini və hansı peşəyə daha çox marağının olduğunu müəyyən etmişdir. Peşə seçimi üçün ayrı-ayrı peşələrin fərd qarşısında qoyduğu tələblərin onun fərdi-psixoloji xüsusiyyətlərinin bu tələblərə uyğunluğunu müəyyən etmək məqsədi ilə fərdi söhbətlər aparılmışdır.