"Məktəbdə əxlaq və davranış qaydaları" mövzusunda təlim həyata keçirildi

Hər bir ailənin özünəməxsus "Davranış qaydaları”nın olduğunu və məktəbin böyük bir ailə olduğunu nəzərə alsaq, biz ailədə olduğu kumi, məktəbdə də "Davranış qaydaları”na əməl etməliyik. "Davranış qaydaları” şagirdlərə öyrədilərkən onların yaş və psixologiyası nəzərə alınmalıdır. 06. 04. 2017-ci il tarixində 5 "A" sinfində məktəbin "Tərbiyə işləri üzrə direktor müavini" Gülnar Qorodayeva tərəfindən "Məktəbdə əxlaq və davranış qaydaları" mövzusunda təlim həyata keçirildi. Müəllim şagirdlərə müstəqil həyatda tələblərin dəyişdiyini, uşaq olarkən heç bir məsuliyyət daşınılmayan məsələlərdə belə ciddi qaydalar müəyyən edildiyini başa saldı. Qeyd etdi ki, şagird davranış qaydaları ən sadə cəmiyyət qanunlarıdır və onlara əməl etməklə hər bir şəxs özünün yetkin şəxsiyyət kimi formalaşmasına zəmin yaradır. Təlim oyun, təqdimat, praktik işlər və müzakirələrdən ibarət oldu. Sonda şagirdlər rəngli kağızlardan istifadə edərək, davranış qaydaları barədə olan suallara öz fikirlərini qeyd etdilər. Təlimin keçirilməsində məqsəd məktəblilərin "Davranış qaydaları”na əməl etməklə cəmiyyətdə özünü idarə etmək vərdişlərinə yiyələnməsinə nail olmaqdır.