"Suveren dövlətin ekoloji dəyərləri" layihəsi

Yaşıl layihə: "Suveren dövlətin ekoloji dəyərləri" layihəsi çərçivəsində şagirdlərimiz məktəb həyətindəki yaşıllığa qulluq edirlər.
Məktəbin uşaq birliyi rəhbəri Günel Daşdəmirova və texnologiya müəllimi Zəminə Mustafayeva şagirdlərlə həyətyanı sahədə gül kolları əkirlər.
Məqsəd şagirdlərdə təbiətə sevgi hissləri aşılamaq və bitkilərə düzgün qulluq bacarıqları yaratmaqdır.