2024-2025-ci tədris ilinin ikinci yarımil üzrə böyük summativ qiymətləndirmə prosesi X sinif şagirdləri ilə davam etdirildi

Böyük summativ qiymətləndirmələr Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 28.12.2018-ci il tarixli, 8/1 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası"na və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 01.09.2023-cü il tarixli, 03-29/2-5492/2023 nömrəli "Ümumi təhsil pilləsində təhsilalanların qiymətləndirilməsinə dair Təlimat"a uyğun olaraq təşkil olunur.