“Yaşa, yaşa, ey şanlı Azərbaycan!" adlı tədbir keçirildi

28 May - Müstəqillik Gününə həsr olunmuş “Yaşa, yaşa, ey şanlı Azərbaycan!" adlı sinifdənxaric tədbir keçirildi.

Məktəbin ibtidai sinif müəllimi Nəzimə Əliyeva lV "A" sinfinin şagirdləri ilə 28 May - Müstəqillik Gününün 107-ci ildönümünə həsr olunmuş "Yaşa, yaşa, ey şanlı Azərbaycan!" adlı sinifdənxaric tədbir keçirdi.

Tədbirdə məktəb rəhbərliyi və lV "A" sinfinin valideyn heyəti qonaq qismində iştirak etdilər. Şagirdlərin ifasında vətənpərvər şeirlər, mahnılar və rəqslər təqdim edildi.

"Azadlığın al rəngi var bayrağında

Bayrağına canım qurban, Azərbaycan!" nidaları altında tədbir yekunlaşdı.

Məqsəd şagirdlərə vətənpərvərlik tərbiyəsinin aşılanması oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi