"Konstitusiya və Suverenlik ili". "Müstəqillik tariximizə səyahət".

Məktəbimizin tarix müəllimi Günay Allahverdiyeva V "A" sinfinin şagirdlərinin Azərbaycan Milli Tarix Muzeyinə ekskurssiyasını təşkil etdi.
28 May Azərbaycan Müstəqillik Günü tarixinin 107-ci ildönümünə həsr olunmuş "Müsəlman şərqində ilk Cümhuriyyət" mövsuzunda məlumatlar şagirdlərə verildi. Eksponatlara birgə baxış keçirildi. Dərslikdən əldə olunan tarixi məlumatlar tarixi faktların fonunda təkrarlandı.
Məqsəd tariximizin qəhrəmanlıq salnaməsini, suverenlik və müstəqilliyimizin necə çətinliklə qazanıldığını şagirdlərərə mənimsətmək oldu. "Bu müstəqilliyi gələcək nəsillərə daşımaq gəncliyimizin borcudur!" fikri ilə şagirdlər ekskurssiyadan ayrıldılar.