"Oxu layihəsi"nə start verildi

Şagirdlərin mütaliəsi işinin təşkilindəki təcrübədə sınaqdan çıxmış ənənələri bərpa etmək, onların mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirmək təhsil sahəsində prioritet vəzifələrdən biridir. Bunu nəzərə alaraq 05. 04. 2017-ci il tarixindən məktəbimizdə "Oxu layihəsi"nə start verildi. İlk olaraq məktəbin kitabxanaçısı Elmira Rzayevanın rəhbərliyi ilə 1 "A" sinif şagirdləri "Azərbaycan nağılları" silsiləsindən "Qoğal" nağılını mütaliə etdilər. Daha maraqlı və faydalı olsun deyə mütaliə təbiətin qoynunda keçirildi. Şagirdlər əvvəlcə nağılı oxudular və nağıldakı hadisələr haqqında onlara verilən sualları cavablandırdılar. Sonra isə plastilindən nağıldakı personajları düzəltdilər. Sonda səhnəcik göstərmək bacarığı olan balaca şagirdlərin iştirakı ilə nağıl səhnələşdirildi. Layihə şagirdlərin sevincinə səbəb oldu. Layihənin keçirilməsində məqsəd şagirdlərin mütaliəyə həvəsini daha da gücləndirmək və mütaliə vərdişlərini inkişaf etdirməkdən ibarətdir.