"Ana və balanın birgə təqdimatı" na start verildi

Uşaqların təlim-tərbiyəsi evdən başlayır və valideynlər öz övladlarının ilk müəllimləridir. Bunu unutmaq olmaz! Məktəblə valideynlərin müntəzəm, sıx əlaqəsi uşağın təlim-tərbiyəsinin uğurlu nəticəsi üçün əsas şərtdir. Uşağın xoşbəxt insan kimi yetişməsi üçün məktəblə ailənin birgə işi həlledici amildir. Aprel ayının 1-dən etibarən 247 №-li tam orta məktəbdə "Ana və balanın birgə təqdimatına start verilmişdir. Layihənin təşkil olunmasında məqsəd məktəb-valideyn əlaqələrini möhkəmləndirmək, istər məktəbdaxili, istərsə də sinifdənxaric işlərdə valideynlərin həvəskarlığını, fəallığını daha da artırmaqdan ibarətdir.