"Məktəbli avtoşəhərciyi" layihəsi uğurla başa çatdı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Vlll qrant müsabiqəsinin qalibi olmuş "Məktəbli avtoşəhərciyi" layihəsi uğurla başa çatdı.

Layihə müddətində məktəbin ərazisində avtoşəhərcik yaradılmışdır və şagirdlərə həmin avtoşəhərcikdə yol hərəkəti qaydaları ilə bağlı təlimlər təşkil olunmuşdur.

Layihənin sonunda Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin inspektoru polis mayoru Nurlan Axundov və Yol polis xidmətinin inspektoru polis baş leytenantı Alış Əliyev "Məktəbli avtoşəhərciyi"ndə oldular, ibtidai sinif şagirdləri ilə  yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici söhbət apardılar.  Şagirdlər isə  layihə təlimlərindən  qazandıqları nəzəri bilikləri və praktik bacarıqları avtoşəhərciyin ərazisində nümayiş etdirdilər.

Tədbirin sonunda layihədə iştirak etmiş şagirdlərə "Məktəblinin həvəsləndirici sürücülük vəsiqəsi" paylandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi