"Sağlam nəsil - parlaq gələcək"

Şagirdlərə fəal və sağlam həyat tərzinin təbliğ edilməsi məqsədilə "Sağlam nəsil - parlaq gələcək" layihəsi çərçivəsində məktəbin fiziki tərbiyə müəllimləri tərəfindən Bakı Şəhəri Gənclər və İdman İdarəsi ilə birgə məktəbdaxili idman yarışları keçirildi.
Məktəbdaxili yarış şahmat və stolüstü tennis idman növlərini əhatə etdi. Yarışa məktəbin V-Xl sinif şagirdləri cəlb olundu.
Şahmat üzrə yarışda 9 qız, 9 oğlan şagird olmaqla ümumi 18 nəfər şagird iştirak etdi. 1-ci yeri Baxşızadə Əsnad və Məmmədli Yunis, 2- ci yeri Səfərli Emil və Əlizadə Selin, 3-cü yeri Lyamtsev İmran, Lyamtseva Yevgeniya qazandılar.
Stolüstü tennis üzrə 2008-2010-cu il təvəllüdlü 30 nəfər oğlan şagird iştirak etdi. 1-ci yeri Bağırzadə Rüfət, 2-ci yeri Baxşəliyev Ərəstun, 3-cü yeri Qasımov Muhəmməd qazandı.
Qaliblər Bakı Şəhəri Gənclər və İdman İdarəsinin əməkdaşı Sirac Axundov tərəfindən diplom və medallarla təltif olundu.