Xalqın ruhunu yaşadan dəyərlər" adlı tədbir keçirildi

Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Gülnar Qorodayeva Vlll "B" sinfinin şagirdləri ilə milli-mənəvi dəyərlərimizin təbliğinə həsr olunmuş "Xalqın ruhunu yaşadan dəyərlər" adlı tədbir keçirdi.
Tədbirdə valideynlər də qonaq olaraq iştirak etdilər.
Şagirdlərin təqdimatında bu fikirlər səsləndi: "Hər bir xalqın, millətin və fərdin özünəməxsus dəyərləri var. Bu dəyərlər əsrlər boyu formalaşaraq, xalqın tarixindən, mədəniyyətindən, dini inanclarından və həyat tərzindən qaynaqlanır. Dəyərlər bir toplumun ruhunu, kimliyini və mənəvi sərvətini ifadə edir. Onlar cəmiyyətin sağlam və dayanıqlı inkişafının əsasıdır.
Azərbaycan xalqı da tarix boyu zəngin mənəvi və milli dəyərlərə sahib olub. Böyüyə hörmət, kiçiyə qayğı, ailə birliyi, vətən sevgisi, dostluq, qonaqpərvərlik və səxavət kimi dəyərlər bizim mədəni irsimizin ayrılmaz hissəsidir. Hər bir azərbaycanlı bu dəyərləri qorumaq və gələcək nəsillərə ötürmək borcundadır".
Tədbirin keçirilməsində məqsəd şagirdlərdə milli-mənəvi dəyərlərə məhəbbətin aşılanmasıdır.