Milli Müdafiə Universitetinin əməkdaşlarının məktəbin IX-XI sinif şagirdləri və onların valideynləri ilə maarifləndirici görüşü təşkil olundu

Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Quru qoşunları və ümumi fənlər fakültəsinin rəisinin müavini polkovnik-leytenant Bahadur Qənbərov və Xaricdə təhsil alan heyətlə fəaliyyət bölməsinin rəisi Əli Elşən oğlu Milli Müdafiə Universitetinə qəbul prosesi, universitetin üstünlükləri, məzunlarının gələcək perspektivləri barədə görüşdəki şagirdləri və valideynləri məlumatlandırdı. Onları maraqlandıran suallara cavab verdi.
Məqsəd hərb sahəsində bilikli və bacarıqlı gənclərin yetişməsi üçün əməkdaşlıq qurmaq, təlim nəticələri zəif olan şagirdləri təhsilə cəlb etmək oldu.