Məktəbimizdə keçirilən ənənəvi "Açıq qapı" həftəsi bu dəfə öz fərqliliyi ilə yadda qaldı

Adətən, bu görüşlərdə  analar iştirak etsə də, bu dəfə qeyri-adi və sevindirici bir mənzərə ilə qarşılaşdıq. Şagirdlərimizin təhsil prosesini izləmək üçün məktəbə yalnız analar deyil, həmçinin atalar, nənələr və babalar da təşrif buyurdular.

Xüsusilə, bir atanın dərsdə fəal iştirak etməsi, bir nənənin nəvəsini fəxrlə izləməsi və bir babanın gözlərindəki sevinc hissi fənn müəllimlərini də sevindirdi.

Bu kimi anlar məktəb-valideyn əməkdaşlığının nə qədər vacib olduğunu bir daha göstərdi.

Belə dəstək və maraq bizə güc verir, şagirdlərə isə oxumağa stimul yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi