Məktəb psixoloqunun birinci sinif şagirdləri ilə metodiki görüşü oldu

Məktəbin psixoloqu Sürahi Dadaşova birinci sinif şagirdləri ilə idrak sferasının korreksiyası və inkişaf etdirilməsi istiqamətində proyektiv metodika görüşü təşkil etdi.
Metodiki görüşdə 94 nəfər birinci sinif şagirdi iştirak etdi. Sürahi Dadaşovanın “Ardıc quşu haqqında" oxuduğu mətni şagirdlər diqqətlə dinlədilər və quşu mətndə təsvir olunduğu kimi rəngləməyə başladılar. Mətndə qeyd olunmayan hissələri isə şagirdlər öz yaradıcı düşüncələrinə əsasən rənglədilər.
Metodikanın əsas məqsədi hafizənin, diqqətin, yaradıcı təxəyyülün və motorikanın inkişafına dəstək olmaq oldu.