“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində
Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində respublikanın müxtəlif rayonlarından 180 məktəbli Naxçıvan Muxtar Respublikasında olub. Məktəblilər 4 gün ərzində Muxtar rezpublikanın qədim tarixi və mədəniyyət abidələri, görməli yerlərini gəziblər. Maarifləndirici tur-aksiyanın II qrupunun üzvləri səfəri başa çatdıraraq martın 24-də öz rayonlarına qayıdıblar.Maarifləndirici tur-aksiya ölkədə təhsilin inkişafına, yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə xidmət edir. Layihə şagirdlərin hərtərəfli inkişafına, dünyagörüşünün zənginləşməsinə, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına çox böyük töhfə verir. Respublikanın müxtəlif rayonlarından 180 şagird maarifləndirici tur-aksiya çərçivəsində Naxçıvanın qədim tarixi və mədəniyyət abidələri, Tarix-Diyarşünaslıq muzeyləri, görkəmli sənətkarların ev muzeyləri, ziyarətgah və digər görməli yerləri ilə yaxından tanış olublar. Bu yerlərlə tanışlıq şagirdlərin Vətənimizə olan sevgisinin daha da artmasına, vətənpərvərlik ruhunda böyüməsinə təsir göstərəcək, onların mənəvi inkişafında müsbət rol oynayacaq. Şagirdlər Naxçıvana səfərdən zəngin təəssüratla qayıdıblar. Məktəblilər dövlət başçısına minnətdarlıq ediblər