"Vətən sağ olsun ..." adlı kompozisiya

04. 04. 2017-ci il tarixində 9 "A" sinif şagirdləri 2016-cı il aprel döyüşləri ilə bağlı "Vətən sağ olsun ..." adlı kompozisiya təqdim etdilər. Şagirdlər 2016-cı il aprel ayında cəbhədə baş verən hadisələr haqqında məlumat verərək aprel şəhidlərini yad etdilər. Şəhidlərdən Xalid Həsən oğlu Əzizzadə, Dilsuz Məmmədağa oğlu Qarayev, Əbu Bəkir Vüqar oğlu İsmayılov, Babək Vəfadar oğlu Abidov və başqalarının döyüş meydanında göstərdikləri qəhrəmanlıqlar, onların ailələri, məktəb və cəmiyyətdə fəaliyyətləri haqqında geniş məlumat verdilər. Onların ailə üzvlərinin şəhidlər haqqında xatirələri səsləndirildi. Kompozisiya şeir və video filmləri ilə müşayiət olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi