"Narkotiklər haqqında həqiqətləri öyrənək!" adlı tədbir keçirildi

"Sağlam nəsil - parlaq gələcək" layihəsi çərçivəsində "Narkotiklər haqqında həqiqətləri öyrənək!" adlı tədbir keçirildi.
Nəsimi rayon Polis İdarəsinin rəisi polis polkovniki Vüqar Ağayevin və Polis İdarəsinin məsul əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə məktəbin IX, X, Xl sinif şagirdləri iştirak etdi. Məktəbin direktoru Sitarə Abbasova qonaqları salamladı və belə maarifləndiririci tədbirlərin cəmiyyətin və gənc nəslin gələcək inkişafında müstəsna əhəmiyyəti olduğunu bildirdi.
Polis pilkovniki Vüqar Ağayev geniş çıxış etdi. Narkomaniya ilə mübarizə, dini radikalizm, kibercinayətlər, erkən nigah haqqında, fəsadları, qarşısının alınması haqqında dolğun məlumat verdi. Şagirdlərin mövzu ilə bağlı suallarını cavablandırdı. Maarifləndirici videoçarx nümayiş olundu. Maarifləndirici bukletlər, tezislər şagirdlərə paylandı.
Görüşün sonunda məktəbin şagirdləri ilə xatirə şəkli çəkdirildi.
Görüşün keçirilməsində məqsəd məktəbdə maarifləndirmə işləri apararaq onların sağlam, savadlı, Vətənə faydalı nəsil olaraq yetişməsinə dəstək olmaq idi.