Parlaq gələcək

"Dəyərlərimizi qoruyaq!" layihəsinə uyğun Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə V- Vlll siniflər arasında "Parlaq gələcək" adlı əl işləri və rəsm müsabiqəsi keçirildi.
Müsabiqənin yekun mərhələsində lll yerin qalibləri Fidan Fəttahova, Xoşqədəm Fərhadzadə, Selin Seyfullayeva, Nuray Səfixanlı; ll yerin qalibləri Aygün Təhməzzadə, Ramiz Oruclu, Leyla Əsgərli; l yerin qalibləri Fərəh İsmayılova, Jasmin Koziç, Aidə Xudaverdi oldular.
Müsabiqədə iştirak etmiş 27 nəfər şagirdin hamısına rəğbətləndirmə "Yaşıl kart"lar təqdim olundu.
Məqsəd şagirdlərdə yaradıcı düşünmə meyillərini gücləndirmək oldu.