"Dəyərlərimizi qoruyaq!" layihəsi

"Dəyərlərimizi qoruyaq!" layihəsi çərçivəsində Pərvin Həsənova müəllim lll "B" sinfinin şagirdlərinin "Yanardağ" və "Atəşgah" məbədlərinə ekskurssiyasını təşkil etdi.
Şagirdlər Azərbaycan dili fənnindən "Odlar yurdu" bölməsində Azərbaycanın nə üçün "Odlar yurdu" adlandırıldığını öyrənmişdilər. Öyrəndiklərini daha da dərindən mənimsəmək və tarixi-mədəni abidələrimiz haqqında məlumatları genişləndirmək üçün "Yanardağ" və "Atəşgah" məbədinə ekskursiya etdilər.
Şagirdlər ekskursiya zamanı müxtəlif maketlərlə, tarixi faktlarla tanış olub maraqlı anlar yaşadılar və bölməni daha dərindən mənimsəmiş oldular.