VII siniflərdə kimya dərslərində olduq

Vll siniflərdə kimya fənnindən dərsin mövzusu "Turşular və turş mühit" mövzusu idi.

İlk dəfə kimya fənni ilə tanış olmuş şagirdlər müəllimin köməyi ilə müxtəlif reaksiyalar apardılar:

Maqnezumun duru sulfat turşusu ilə ilə reaksiyasından hidrogen qazının alınması;

Alüminiumun duru sulfat turşusu ilə reaksiyasından hidrogen qazının alınması;

Maqnezium metalının sirkə turşusu ilə reaksiyasından hidrogen qazının alınması;

Sodanın sulfat turşusu ilə reaksiyasından karbon qazının alınması;

Sodanın sirkə turşusu ilə reaksiyasından karbon qazının alınması.

Reaksiyalar əsasında şagirdlər sulfat turşusunun sirkə turşusu ilə müqayisəsində qüvvətli və zəif reaksiyaların nə olduğunu öyrəndilər.  Sulfat turşusu qüvvətli turşu olduğu üçün reaksiyalar daha sürətli getdi və hidrogen qazı ilə karbon qazı çox ayrıldı. Sirkə turşusu daha zəif olduğu üçün reaksiyalar zəif getdi və karbon qazı ilə hidrogen qazı daha az ayrıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi