"Kiçik aktyorların film dünyası" - "Məktəb teatrı" dərnəyinin üzvlərinin təqdimatı

Bakı şəhəri 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimi Ülkər Xəlilovanın rəhbərlik etdiyi "Məktəb teatrı" dərnəyinin üzvləri "Kiçik aktyorların film dünyası" müsabiqəsi çərçivəsində "Ögey ana" filmindən tamaşanı təqdim etdilər.
Tamaşanı keçirilməsində məqsəd dərnək üzvlərinin dünyagörüşünü formalaşdırmaq, milli adət-ənənələri təbliğ etmək və uşaqlarda bu dəyərləri yaşadan Azərbaycan kino sənətinə maraq oyatmaqdır.