Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş seminar keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) tərəfindən Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və dövlətçilik dəyərləri: hüquqi irs və milli suverenlik" mövzusunda seminarda iştirak etdik. Məktəbin XI sinif şagirdləri ilə iştirak etdiyimiz seminarda Heydər Əliyevin ömür yolu haqqında geniş məlumatlar əldə etdik. Sonda "Heydər Əliyev və Azərbaycan tarixi" referat-yazı müsabiqəsinin rayon mərhələsinin qalibləri Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən diplom və hədiyyələrlə təltif olundular.