Mülki Müdafiə Günü

A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin Mülki Müdafiə İllik planına əsasən 28 aprel tarixi məktəb mülki müdafiə günüdür.

Hərbi rəhbər Müşviq Məmmədov X siniflərdə çağırışaqədərki hazırlıq dərsində fövqəladə hadisələr, onların baş verdiyi anda davranış qaydaları, ilk tibbi yardım, yanğın və zəlzələ zamanı nə etməli kimi məsələlər ətrafında şagirdlərlə müzakirə apardı. Əyanilik əsasında davranış qaydaları şagirdlərin təqdimatında göstərildi.

Məqsəd məktəbdə təhlükəsiz mühiti təşkil etmək, fövqəladə hallarda şagirdlərin hazırlığını təmin etmək oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi