Mülki Müdafiə Günü

A.Rəhimov adına 247 nömrəli tam orta məktəbin Mülki Müdafiə İllik planına əsasən 28 aprel tarixi məktəb mülki müdafiə günüdür.
V "B" sinfində sinif rəhbəri Aynur Əkbərova sinif təşkilat saatını "Fövqəladə hallarda necə davranmalı?" mövzusunda keçdi. Şagirdlər fövqəladə hallar və bu zaman davranış qaydaları, təhlükəsiz qaydaları barədə öyrəndikləri məlumatları paylaşdılar.
Məqsəd məktəbdə təhlükəsiz mühiti təşkil etmək, fövqəladə hallarda şagirdlərin hazırlığını təmin etmək oldu.