İbtidai sinif şagirdlərinin oxu bacarıqlarının yoxlanılması və müzakirəsi təşkil olunub

Aprel ayı ərzində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Rəna Məmmədova və ibtidai siniflər üzrə metodbirləşmə rəhbəri Naidə İbrahimova tərəfindən ibtidai siniflərdə şagirdlərin oxu bacarıqları sistemli şəkildə yoxlanılmışdır. Proses zamanı şagirdlərin oxu prosesini icra edərkən partada oturma şəkli, göz ilə kitab arasında məsafənin gözlənilməsi, mətnləri düzgün və səlis oxuma bacarıqları, intonasiya və anlama səviyyələri müşahidə edilmişdir. Müxtəlif siniflər üzrə nəticələr müqayisə olunaraq oxu vərdişlərindəki fərqliliklər və ümumi çətinliklər təhlil edilmişdir.
Müzakirə zamanı məlum olmuşdur ki, bəzi şagirdlərdə mətnin məzmununu anlama, sözləri düzgün tələffüz etmə və sürətli oxu bacarıqlarında çətinliklər mövcuddur. Bununla yanaşı, oxu bacarıqları yüksək olan şagirdlərdə nitq inkişafı və məntiqi düşünmə qabiliyyəti də müsbət şəkildə müşahidə edilmişdir.
Təklif olaraq oxu bacarıqlarının inkişafı üçün fərdi yanaşmalar, səssiz və səslə oxu məşqləri, mətnin müzakirəsi və oyunla öyrənmə üsullarının tətbiqi tövsiyə olunmuşdur. Həmçinin valideynlərin dəstəyi və evdə oxu mühitinin yaradılmasının əhəmiyyəti vurğulanmışdır.