Maarifləndirici ekskurssiyalar təşkil olunur

Məktəbin tarix müəllimi Şəbnəm Abdullayeva Vl "A" sinfinin şagirdlərini Azərbaycan Milli Tarix muzeyinə aparıb.

Şagirdlər Azərbaycan ərazisində ən qədim dövlətlərin (Manna,Atropatena,Albaniya) yaranmasını, onların mədəniyyətini Azərbaycan tarixi fənnində öyrəniblər.

Tarix muzeyində ən qədim dövrdən başlayaraq müasir dövrə qədər Azərbaycanın tarixi işıqlandırılıb. Xüsusən də, həmin dövrlərin eksponatları ilə tanışlıq uşaqların böyük marağına səbəb oldu. Kitablarda tanış olduqları şəkilləri eksponat şəklində görmək onları çox təəccübləndirdi. Həmçinin bilirik ki, Tarix muzeyi bir zamanlar Azərbaycan milionçusu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin evi olub, indi isə muzey kimi fəaliyyət göstərir. 2-ci mərtəbədə yerləşən Hacı Zeynalabdin Tağıyevin yaşayış otaqları xüsusi zövqlə Avropa üslubunda bəzədilib. Bu bina 1895-1901-ci illərdə Bakının baş memarı İ.Qaslovski tərəfindən inşa edilib. Burada nümayiş olunan eksponatlar-ipək parçalar, kəlağayılar, milli qadın geyimləri - hər dövrə aid pullar, bəzək əşyaları, qablar ,silahlar tariximizin qədimliyindən xəbər verir. Bütün bunlar xalqımızın tarixinin öyrənilməsində əhəmiyyətli rol oynayır. Şagirdlər bu gün dəyərlərimizin necə qorunduğunun şahidi oldular. Nəsldən nəslə ötürülən bu dəyərlərin bizlər üçün nə qədər vacib olduğunu bir daha anladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi