"Zərərli vərdişlərə yox deyək!" mövzusunda diskussiya keçirildi

"Sağlam nəsil - parlaq gələcək" layihəsinin Tədbirlər planına uyğun olaraq Vlll "B", lX "B" və lX "A" siniflərində "Zərərli vərdişlərə yox deyək" mövzusunda diskussiya keçirildi. Diskussiyanı məktəbin həkimi Uğur Osmanova və biologiya müəllimi Elnurə Mürşüdova təşkil etdilər.
Məqsəd şagirdlərdə fəal və sağlam həyat tərzini təbliğ etmək, yeniyetmə dövründə onlara dəstək olaraq zərərli vərdişlərdən qorumaqdır.