“Ayın ən yaxşı məktəb saytı”

“Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin mart ayı üzrə qalibləriBakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri arasında keçirilən “Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin mart ayı üzrə qalibləri bəlli olub. Məktəb saytlarının fəaliyyətinin yaxşılaşdırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması baxımından müsbət əhəmiyyəti nəzərə alınaraq, Bakı şəhəri üzrə 12 qalib məktəb seçilib. Belə ki, Nəsimi rayonu üzrə 247, Səbail rayonu üzrə 163, Yasamal rayonu üzrə 53, Nərimanov rayonu üzrə 258, Suraxanı rayonu üzrə 281, Sabunçu rayonu üzrə 255, Xəzər rayonu üzrə 156, Nizami rayonu üzrə 238, Pirallahı rayonu üzrə 243, Binəqədi rayonu üzrə 246, Xətai rayonu üzrə 171, Qaradağ rayonu üzrə 274 nömrəli tam orta məktəblər “Ayın ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibi olub.Qeyd edək ki, müsabiqə çərçivəsində məktəb saytlarında yerləşdirilən xəbərlərin, eləcə də məktəbə aid digər məlumatların yenilənməsi və dolğunluğu mütəmadi olaraq izlənilir. Qalib müəyyənləşdirilərkən əsasən, səlis və müvafiq tələblərə uyğun xəbərlərlə zəngin məktəb saytlarına üstünlük verilir. Eyni zamanda, məktəb saytlarının digər bölmələrinin də müvafiq qaydalara uyğun tərtib olunması əsas meyarlardandır.Müsabiqənin mart ayı üzrə qalibi olan məktəblərin kollektivlərini təbrik edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi