"Sevdiyim əsər, sevdiyim müəllif" adlı mütaliə saatı keçirildi

Məktəb kitabxanasında 23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə mütaliə saatı təşkil olundu.
V "B" sinfinin mütaliə etməyi sevən şagirdləri oxuduqları əsərlərin təqdimatını etdilər və həmin əsərlərin müəllifləri haqqında məlumat verdilər.
Məqsəd şagirdlərdə mütaliəyə maraq yaratmaq, onlarda fikirlərini ifadə etmə bacarığını inkişaf etdirmək və ədibləri daha yaxından tanıtmaq oldu.