Bakı Kitab Evində "Oxu saatı"

F.Köçərli adına Respublika Uşaq Kitabxanası tərəfindən Bakı Kitab Evində təşkil olunan "Oxu saatı"nda şagirdlərimiz Emil Şahzadə təqdimatında bir neçə kitabı mütaliə etdilər. Obrazların xüsusiyyətlərini, hadisələrin gedişatını, müəllifin çatdırmaq istədiyi ideyanı müzakirə edərək aydınlaşdırdılar. Birgə mütaliənin nə qədər maraqlı və əyləncəli olduğuna şahid oldular. Bunu məktəb kitabxanasında ənənəyə çevirməyi qərarlaşdırdılar.
Məqsəd şagirdlərdə kitaba məhəbbət, mütaliəyə həvəs artırmaqdır.