Fəal oxucularımız Bakı Kitab Evində "Oxu saatı"nda oldular

Məktəb kitabxanasının fəal oxucuları olan lV "B" sinfinin bir sıra şagirdlərini kitabxana müdiri Nərgiz Məmmədova Bakı Kitab Evində uşaqlar üçün təşkil olunmuş "Oxu saatı"na apardı.
Aparıcı Emil Şahzadənin və jest dili təlimçisi Şamil Sabirzadənin təqdimatında "Buku, Qaranlıq və Toki", "Qraffalo", "Gəl dost olaq, qurbağa", "Sən hirslənəndə" kitabları mütaliə olundu.
Məqsəd şagirdləri mütaliəyə həvəsləndirmək və düzgün mütaliə vərdişləri formalaşdırmaqdır.