31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Dəyirmi masa" keçirildi

31 Mart- Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş "Dəyirmi masa" keçirildi. Məktəbimizin ingilis dili müəllimi Aybəniz İbrahimova 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününün tariximizə XX əsrin ən qanlı hadisəsi kimi yazıldığını bildirdi. O, soyqırım zamanı mütəşəkkil erməni birləşmələri tərəfindən minlərlə günahsız, dinc soydaşımızın amansızcasına qətlə yetirildiyini nəzərə çatdırdı. Hadisəni hər zaman xatırlamağın və dünya ictimaiyyətinə çatdırmağın zəruriliyindən danışan müəllim bu istiqamətdə dövlətimizin kifayət qədər işlər gördüyünü, amma ikili standartlar ucbatından haqq səsimizi bəyan etməkdə bəzi çətinliklərlə üzləşdiyimizi söylədi. 8 "B" sinif şagirdləri ingilis dilində erməni terrorizmi və onun tarixi, mart soyqırımının həyata keçirilməsində böyük xidmətləri olan Daşnaksütyun partiyası, "Böyük Ermənistan" ideyasının gerçəkləşdirilməsi istiqamətində görülən işlər, azərbaycanlılara qarşı etnik təmizləmə, eyni zamanda Rusiyanın erməni amilindən istifadə edərək köçürmə siyasəti həyata keçirməsi barədə məlumat verdilər. Dəyirmi masa müzakirələrlə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi