I sinif şagirdlərinin oxuyub-anlama bacarıqlarının monitorinqi təşkil olunub

I sinif şagirdlərinin oxuyub-anlama bacarıqlarını yoxlamaq və fərdi dəstək ehtiyaclarını müəyyənləşdirmək məqsədilə məktəbimizdə monitorinq təşkil olundu. Təlim-tərbiyə işləri üzrə direktor müavini Rəna Məmmədova və sinif müəllimlərinin iştirakı ilə keçirilən monitorinqdə şagirdlərə yaş səviyyələrinə uyğun mətnlər təqdim olunmaqla onların oxuyub-anlama bacarıqları izlənilib.

Bu proses zamanı şagirdlərin mətnin ümumi məzmununu anlama, əsas fikri müəyyənləşdirmə və nəticə çıxarma bacarıqları təhlil edilmişdir.

 Monitorinqin nəticələrinə əsasən, şagirdlərin oxu bacarıqları üzrə mövcud vəziyyət dəyərləndirilib  və gələcəkdə onların inkişafını dəstəkləmək məqsədilə fərdi planlarının hazırlanması tövsiyə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi