"Kim daha zəkalidir?" adlı intellektual bilik yarışı keçirildi

"1nömrəli Usaq-Gənclər İnkişaf Mərkəzi" publik hüquqi şəxsin 247 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən "Məntiq" dərnəyinin üzvləri arasında "Kim daha zəkalidir?" adlı intellektual bilik yarışı keçirildi. Yariş Kahoot proqramı ilə təşkil edilmişdi. "Günəş", "İntellekt", "Zirvə" komandaları yarişda birincilik uğrunda mübarizə aparırdılar. Onlar verilən sualları müzakirə edərək cavablandidilar. Suallar verbal, məntiqi riyazi, ümumi dünya- görüşü, fiqurlarla bağlı testləri əhatə edirdi.
Yarışın nəticələrinə görə "Zirvə" komandası qalib gəldi. Yarişin nəticəsinə görə "Günəş" komandası ikinci, "İntellekt" komandası üçüncu oldu.
Sonda komanda üzvləri diplomlarla təltif edildi.
Yarışda 247 nömrəli məktəbin direktoru Sitarə Abbasova, direktor müavinləri Rəna Məmmədova, Gülnar Qoradoyeva, psixoloq Gülbəniz Hüseynova, Sürahi Əliyeva, 1 nönrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şobə müdiri Solmaz Qasımova, metodist Cəmilə Qənbərova iştirak etdilər.
Dərnək rəhbəri Təranə Siracovadır.