"Şənbə Məktəbi" qrant layihəsi üzrə təlimlər uğurla başa çatdı

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin VIII qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib layihələrindən olan "Şənbə məktəbi" layihəsi çərçivəsində təşkil edilən Azərbaycan dili, riyaziyyat və didaktik oyunlar üzrə təlimlər uğurla yekunlaşdı.

Layihənin məqsədi şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirməklə təlim nəticələrinin yüksəlməsinə nail olmaq və həftəsonları asudə vaxtın səmərəli təşkil edilməsi idi.

Layihə çərçivəsində keçirilən təlimlər şagirdlərin oxuyub-anlama səviyyələrini, riyazi biliklərini dərinləşdirdi, onların məntiqi və tənqidi düşünmə bacarıqlarını inkişaf etdirdi. Tədris prosesi praktik tapşırıqlar, riyazi oyunlar, qrup layihələri və müasir texnologiyalardan istifadə edilərək təşkil olundu.

Layihəyə iki məktəb üzrə 159 və 247 nömrəli tam orta məktəblərin 60 nəfər VI sinif şagirdi cəlb olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi