"Ailəm və məktəbim. Novruz töhfələri" adlı Novruz şənliyi keçirildi

Valideyn və şagirdlərin birgə iştirakı ilə Novruz şənliyi keçirildi. Şənlikdə valideynlər milli mətbəxdən təamların necə hazırlanmasını nümayiş etdirdilər. Şagirdlər nəğmə oxudu, şeir səsləndirdi, rəqslər etdilər. Kosa və keçəl personajları qışla yazın mübarizəsini, bu mübarizədə yazın, oyanışın qalib gəldiyini canlandırdılar. Yumorları ilə tədbir iştirakçılarını əyləndirdilər.

Məqsəd Novruz bayramı, bu bayramın milliliyi, birlik rəmzi olması, adətləri haqqında təbliğat aparmaq və məktəblə ailələrin əməkdaşlığını yaxşılaşdırmaq oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi