Növbəti açıq dərs

Mart ayının təsviri incəsənət, texnalogiya, musiqi, fiziki tərbiyə fənləri aylığı elan olunması ilə əlaqədar olaraq 30. 03. 2017-ci il tarixində 4 “B” sinfində ibtidai sinif müəllimi Ələsgərova Mahirə "Plastik butulkadan məmulatların hazırlanması" mövzusunda açıq dərsi keçirildi. Dərs Dövlət Himnimizin səslənməsi ilə başladı və müəllimə şagirdlərə "31 mart Azərbaycanlıların Soyqırımı" günü barədə məlumat verdi. Daha sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Müəllimə şagirdlərə mənfur düşmənə qalib üçün daha da yaxşı oxumağı, Vətənimizi, torpağımızı canları kimi sevməyi tövsiyə etdi. Dörd qrupa bölünmüş şagirdlər tapşırıqları çox həvəslə yerinə yetirdilər. "Dizayn" qrupunun üzvləri plastik butulkadan şamdan, "Ornament" qrupunun üzvləri gül səbəti "Aplikasiya" qrupunun üzvləri quş dənliyi, "Mozaika" qrupunun üzvləri isə qənd qabı hazırladılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi