“Sehrli boyalar” mövzusunda açıq dərs keçirildi

Mart ayının təsviri incəsənət, texnalogiya, musiqi, fiziki tərbiyə fənləri aylığı elan olunması ilə əlaqədar olaraq 29. 03. 2017-ci il tarixində məktəbin rus bölməsinin 1 “C” sinfində ibtidai sinif müəllimi Cəlalə Nəcəfovanın təsviri incəsənət fənni üzrə “Sehrli boyalar” mövzusunda açıq dərsi keçirildi. Əvvəlcə müəllim şagirdlərə rənglər və onların necə yaranmasından danışdı. Digər rənglərin əsas rənglərdən necə alındığını izah etdi. Dörd qrupa bölünmüş balaca fidanlar işə başlayaraq onlara verilmiş tapşırıqları həvəslə yerinə yetirdilər. Qrupların təqdimatı da maraqlı keçdi. Sonda rənglər dünyasına həsr olunmuş, rənglərin insan həyatında nə qədər əhəmiyyətə malik olduğunu əks etdirən videoçarx nümayiş etdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi