Məktəbli avtoşəhərciyi

VIII qrant müsabiqəsinin qalib layihələrindən olan "Məktəbli Avtoşəhərciyi" layihəsi çərçivəsində təlimlər uğurla davam edir.

"Məktəbli Avtoşəhərciyi" layihəsi 247 nömrəli tam orta məktəbin ərazisində qurulmuş avtoşəhərcikdə icra olunur.

Layihə məktəblilərə yol hərəkəti qaydalarını interaktiv şəkildə öyrətməyi və onların təhlükəsiz davranış vərdişlərini inkişaf etdirməyi hədəfləyir.

Son keçirilən təlimlər zamanı şagirdlərin nəqliyyat vasitələrini(velosiped, pedallı maşın)  idarəetmə bacarıqları yoxlanılıb. Təlimlərdə iştirak edən məktəblilər avtoşəhərcikdə simulyasiya edilmiş yol şəraitində hərəkət edərək üfüqi nişanlanma xətlərinin tələblərinə əməl etmə bacarıqlarını nümayiş etdiriblər.

Praktiki məşğələlər zamanı layihəyə cəlb olunmuş 38 şagird  həm piyadalar, həm də sürücülər kimi müxtəlif yol situasiyalarında necə davranmalı olduqlarını öyrəniblər.

Layihə rəhbəri Naidə İbrahimovanın sözlərinə görə, bu yanaşma uşaqlarda təkcə nəzəri bilikləri artırmır, həm də onların real həyatda təhlükəsiz davranış vərdişlərini formalaşdırır.

Növbəti təlim dayaqlarda quraşdırılmış yol nişanları,onların növləri və tələbləri barədə olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi