"Şəhidlər ölməz!" adlı sinifdaxili tədbir keçirildi

Şəhid Rəşad Budaqovun adını daşıyan ll "B" sinfində Ataşova Afət Söhbət qızının rəhbərliyi altında şəhid Budaqov Rəşad Ramiz oğlunun anım gününə həsr olunmuş tədbir keçirildi.

Tədbirdə məktəb rəhbərliyi, şəhidin anası Sədaqət Budaqova və qardaşı Vüqar Budaqov iştirak etdilər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətənin bütövlüyü uğrunda şəhid olan öğullarımızın xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Tədbirdə şagirdlər şəhid Rəşad Budaqovun keçdiyi həyat yolundan danışdı, şeirlər səsləndirdi, mahnılar ifa etdilər.

Məktəbin direktoru və şəhidin ailə üzvləri çıxış etdilər. Şagirdlərə yaxşı oxumağı, vətənpərvər olmağı, dəyərlərimizə hörmətlə yanaşmağı tövsiyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi