Aidənin rənglər dünyası

Məktəbimizdə təhsil alan şağlamlıq imkanları məhdud olan şagirdlərlə mütamadi maraqlanır, onların istedad və qabiliyyətlərinin aşkara çıxarılması üçün daim işlər aparırıq. Bu şagirdlərdən biri də 9 "A" sinfində təhsil alan Aidə Əbiyevadır. Aidə görmə qüsurlu olsa da öz mənəvi dünyasını rənglər vasitəsilə ifadə etməyi bacarır. Onun çəkdiyi rəsmlərdə dünya əlvan rənglərlə təsvir olunur. Bu da onun daxili dünyasının rəngarəng olduğundan xəbər verir. Aidə təsvir etdiyi şəkillərdə Azərbaycanın zəngin təbiətini, vətənpərvər və əməksevər insanlarını, cəsur əsgərlərimizi böyük məhəbbətlə əks etdirir, özünün də dünyanı nə qədər sevdiyini göstərir. Aidəyə bu yolda uğurlar arzulayırıq.