Şagirdimizin hazırladığı mexaniki enerjini elektrik enerjisinə çevirən cihaz
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Ekoloji aylıqlar” layihəsi çərçivəsində mart ayı “Alternativ enerji” aylığı elan olunmuşdur. Bu məqsədlə 9 "A" sinif şagirdi Əmirxan Səfərov alternativ enerji mənbəyi olaraq xüsusi qurğu düzəltmişdir. Qurğunun iş prinsipi mexaniki enerjini elektrik enerjisinə çevirməkdir. Qurğunun dayaq üzərində yerləşdirilmiş diski və dəstəyi vasitəsi ilə qurğunu sürətlə fırladaraq lampanı yandırır. Yəni dəstəyi fırladan zaman diskin mexaniki enerjisi elektrik enerjisinə çevrilir.