"Sağlam nəsil - parlaq gələcək" layihəsi həyata keçirilir

"Sağlam nəsil - parlaq gələcək" layihəsi çərçivəsində "Zərərli vərdişlərə yox deyək!" mövzusunda Vlll "B" sinif şagirdləri ilə diskussiya, Vlll "Ç" sinif şagirdləri dəyirmi masa keçirildi.
Məqsəd fəal və sağlam həyat tərzinin təbliğ edilməsi, şagirdlərin zərərli vərdişlərlə bağlı maarifləndirilməsi oldu.
Uşaqlarla məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçı Gülnar Qorodayeva siqaret, alkoqol, narkotik vasitələrdən istifadənin insan orqanizminə mənfi təsiri barədə məlumatlar verdi, bu vərdişlərdən qorunmaq yollarını göstərməklə müzakirələr apardı. Belə zərərli vərdişlərin qurbanına çevrilməmək üçün şəxsin özündə hansı şəxsi keyfiyyətləri inkişaf etdirməyin lazım olması istiqamətində də fikir mübadiləsi aparıldı.