"Ortaq türk tarixi" dərsi Novruz bayramına həsr olundu

Elmi və bədii hissələrdən ibarət olan tədbirdə kursu tədris edən Günay Allahverdiyeva müəllim "Ortaq türk tarixi" kursunun məzmunu, türk xalqlarının qədim tarixi, mədəniyyəti barədə məlumat verdi. Kursun tədris olunduğu Vlll sinif şagirdlərinin təqdimatları dinlənildi.
Türk tarixinin qədim zamanlardan XV əsrə qədər olan dövrünü əhatə edən "Türk dünyasının coğrafiyası"- Yağmur Piriyeva, "İpək yolu" - Mələk Piriyeva, "Orxan-Yenisey abidələri" - Məhəmməd Əlizadə, "Türk memarlığı" - Ümid Cəfərov, "Türk xalqlarının mədəmiyyəti" - Nigar Süleymanlı, "Türk alimləri " - Nurlan İmanzadə, "Türk dünyasının tarixi şəhərləri " - Əli Hüseynli, " Çövkən oyunu " - Yunis Mustafazadə, " Qədim türklərdə qadınların mövqeyi "- Nərgiz Səlimli, "Novruz bayramı" - Zeynəb Mirzəyeva, " Qədim türk rəqsləri " - Fidan Fəttahova, "Türk dilləri qrupu" - Fidan Fəttahova, "Kitabi Dədə Qorqud dastanları" - Rahim Zeynalov mövzularda təqdimatlar dinləndi.
Məktəbin direktoru Sitarə Abbasova çıxış etdi. Şagirdlərdə vətənpərvərlik hisslərinin formalaşmasında belə tədbirlərin əhəmiyyətli olduğunu bildirdi. Əməyi olan hər kəsə təşəkkür etdi.
Bədii hissədə novruz tonqalı ətrafında birlik rəmzi olan yallı rəqsi ifa olundu və yumurta döyüşdürüldü.
"Ortaq türk tarixi" kursunun məqsədi gənc nəsildə türk xalqlarının ümumi keçmişi, vahid dil və mədəniyyəti haqqında təsəvvür formalaşdırmaq, onlarda Türk dünyasında vəhdətlik və qarşılılıqlı hörmət hisslərini aşılamaqdır.