Kitabxanada "İmzalı görüş" təşkil olundu

IV "D" sinfinin şagirdləri məktəb kitabxanasında qonaq oldular.
Yazıçı Çinarə Köçərlinin kitabları ilə tanış oldular. Çinarə Köçərli uşaqlara kitab oxumağın əhəmiyyəti və mütaliənin insan həyatında oynadığı rol haqqında danışdı. Şagirdlər yazıçının kitablarından parçalar oxudular, müzakirələr apardılar və öz fikirlərini bölüşdülər.
Kitablar dünyasına səyahət şagirdlərdə mütaliə həvəsini daha da artırdı.