İbtidai sinif müəllimlərinin aylıq metodbirləşmə görüşü keçirildi

Görüşdə aşağıdakı məsələlər müzakirə edildi:
- Müəllimlərin dərsdinləmə təcrübələri və əsas müşahidə nəticələri;
- Şagirdlərin fəallığını və dərsə marağını artırmaq üçün effektiv metod və texnikalar;
- Dərsdinləmə nəticələrinin müəllimlərin peşəkar inkişafına təsiri;
- Fəal təlim metodlarının dərslərdə tətbiqi və qiymətləndirmə strategiyaları.
- İstedadlı şagirdlərlə işin təşkili.
Görüş zamanı dinlənilən dərslərlə bağlı müzakirələr aparıldı, uğurlu təcrübələr və inkişaf etdirilməli məqamlar vurğulandı.
Çıxış edən məktəbin direktoru Sitarə Abbasova qeyd etdi ki, istedadlı şagirdlərin potensialını maksimum üzə çıxarmaq üçün müəllimlərin fasiləsiz inkişafı və innovativ pedaqoji texnologiyaların tətbiqi vacibdir.
Metodbirləşmə rəhbəri Naidə İbrahimova çıxış edərək qeyd etdi ki, dərsdinləmə müəllimlər üçün güclü bir öyrənmə vasitəsidir və bu proses həm tədris keyfiyyətinin yüksəldilməsinə, həm də müəllimlər arasında təcrübə mübadiləsinə töhfə verir.
Görüşdə iştirak edən müəllimlər gələcək aylarda dərsdinləmələrin təşkil olunacaq dərsdinləmələrin qrafiki barədə məlumatlandırıldılar.